CƏMİYYƏT


Böyük Britaniya Parlamentində “Qadın iş adamları və media” mövzusunda tədbir keçirilib

London, 16 iyun, AZƏRTAC 

Londonda Böyük Britaniya Parlamentinin binasında “Qadın iş adamları və media” mövzusunda tədbir keçirilib. Tədbirdə, həmçinin Azərbaycanda qadınların cəmiyyətdəki rolundan bəhs olunub.

Britaniyada yaşayan və müxtəlif sahədə fəaliyyət göstərən qadın iş adamlarının, media təmsilçilərinin, səfirliklərin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər qadınların cəmiyyətdə rolu, öz ölkələrində və beynəlxalq qurumlarda mühüm vəzifə tutan, həmçinin biznesdə uğur qazanan qadınlar, gender bərabərliyi, bununla bağlı beynəlxalq təşkilatların mövqeyi, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası və s. haqqında danışıblar.

Azərbaycanın Böyük Britaniyadakı səfirinin xanımı Ülviyyə Tağızadə ölkəmizdə qadına verilən dəyərin tarixi və bu günü haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət kimi tarixə düşüb. Ötən dövr ərzində ölkəmizdə qadına verilən dəyər artıb və qadının cəmiyyətdə tutduğu mövqe daha da güclənib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı qeyd edən Ülviyyə Tağızadə ölkəmizdə bir sıra dövlət qurumlarında qadınların yüksək vəzifələrdə çalışdıqlarını, bir sıra komitə və təşkilatlara qadınların rəhbərlik etdiklərini, onların parlamentdə uğurla təmsil olunduqlarını bildirib. O, həmçinin ölkəmizdən kənarda yaşayan və müxtəlif sahələrdə çalışan fəal Azərbaycan qadınlarından da bəhs edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.