DÜNYA
Böyük Britaniya: deputatın qatili ömürlük həbs cəzasına məhkum olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Böyük Britaniyada parlamentin deputatı Co Koksu qətlə yetirən 53 yaşlı Tomas Mayr ömürlük həbs cəzasına məhkum olunub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Old Beyli məhkəməsi müttəhimi bütün maddələr üzrə – qəsdən adam öldürməkdə, ağır bədən xəsarətləri yetirməkdə, soyuq və odlu silah saxlamaqda təqsirli bilib.
Leyborist deputat, iki uşaq anası Co Koks bu ilin iyununda, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendum ərəfəsində aparılan kampaniyanın gedişində öz seçki dairəsində öldürülmüşdü. Tomas Mayr qadına qəbul otağının qapısı qarşısında hücum edərək ona bir neçə bıçaq zərbəsi endirmiş və tapançadan üç atəş açmışdı.
Məhkəmə müəyyənləşdirib ki, hücum edən işsiz şəxs neonasist təşkilatın üzvü olub, qətli törətməyə isə bir neçə həftə ərzində hazırlaşıb. Hücumdan sonra gizlənməyə cəhd göstərməyib və dərhal polisin əlinə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]