DÜNYA
Böyük Britaniya parlamenti “Brexit” barədə qanun layihəsinin müzakirəsinə başlayır
Bakı, 31 yanvar, AZƏRTAC
Bu gün Britaniya parlamentinin icmalar palatasında hökumət tərəfindən irəli sürülən “Brexit” prosedurunun işə salınması barədə qanun layihəsinin müzakirəsinə başlanacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu məsələ barədə müzakirə prosesi və final səsverməsi fevralın 8-də başa çatmalıdır. İcmalar palatasında proses yekunlaşdıqdan sonra “Brexit” planları lordlar palatasının müzakirəsinə çıxarılacaq.
Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Ali Məhkəməsi ölkənin Baş naziri Tereza Meyə parlamentin təsdiqi olmadan Avropa İttifaqından çıxmaq prosesini başlamağa icazə verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]