REGİONLAR


Böyük Britaniya səfiri Qəbələnin turizm və istehsal obyektləri, tarixi abidələri ilə tanış olub

A+ A

Qəbələ, 20 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, rayonda sürətlə inkişaf edən turizm infrastrukturu ilə yanaşı, mövcud istehsal müəssisələri bu füsunkar gözəlliklərə sahib məkanın iqtisadi inkişafının artmasında müstəsna rol oynayır. Qəbələdə müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur. Regionun ecazkar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən Səbuhi Abdullayev, Qəbələnin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də vurğulayıb.

Qəbələ rayonu ilə tanışlığından məmnunluq hissi keçirdiyini ifadə edən xanım Karol Krofts bölgənin füsunkar bir məkan olduğunu söyləyib.

Səfir Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində yüksəksəviyyəli münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir.

Səfər çərçivəsində xanım Karol Krofts rayonun tarixi-mədəni məkanları ilə yaxından tanış olub, sənaye müəssisələri və turizm sektoru ilə maraqlanıb. Qonaq “Beltmann” piano fabriki, Heydər Əliyev Konqres Mərkəzi, “Gilan Qida Şəhərciyində” çipsi istehsalı, Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksi, Nic qəsəbəsindəki “Cotari” Udi-Alban Kilsəsi, “Qafqaz Karvansaray” oteli ilə tanış olub, rayondan xoş təəssüratlarla ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.