İDMAN


Böyük Britaniya tennisçisi Endi Marrey ikiqat Olimpiya çempionu olub

Bakı, 15 avqust, AZƏRTAC 

Böyük Britaniya tennisçisi Endi Marrey Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının şəxsi yarışlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, “London-2012”də fəxri kürsünün ən yüksək pilləsində yer alan E.Marrey final görüşündə argentinalı Xuan Martin del Potronu 7:5, 4:6, 6:2, 7:5 hesabı ilə məğlub edərək ikiqat Olimpiya çempionu olub.

Bürünc medal uğrunda görüşdə yaponiyalı Kei Nisikora ispaniyalı Rafael Nadala qalib gəlib.

Endi Marrey Olimpiya Oyunları tarixində ilk tennisçidir ki, şəxsi yarışlarda iki dəfə qızıl medala sahib olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.