SİYASƏT


Böyük Britaniya və belçikalı deputatlar Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

Böyük Britaniya Parlamentinin üzvü Lord Northbookla görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən deputat Qənirə Paşayeva Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.

Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyən L.Northbook iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva Belçika Parlamentinin türk mənşəli deputatı Güler Turanla görüşdə Xocalı soyqırımından danışıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına geniş məlumat verib.

Güler Turan öz növbəsində bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb.

Q.Paşayeva belçikalı həmkarını Azərbaycana dəvət edib. Bu günə qədər Bakıda olmadığını söyləyən G.Turan ölkəmizə gələrək Azərbaycanla tanışlıqdan məmnun olacağını bildirib.

Sonunda Qənirə Paşayeva Belçika Parlamentinin üzvünə Qarabağ həqiqətləri ilə bağlı kitablar, materiallar və filmlərin diskini hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.