DÜNYA


Böyük Britaniyada 4 yeni bank "Android Pay"a qoşulub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Böyük Britaniyada 4 bank mağazalarda və smartfonun əlavələri vasitəsilə öz müştərilərinə təmassız alış-veriş etməyə imkan verən "Android Pay" ödəmə xidmətinə qoşulub.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, indi "Royal Bank of Scotland", "Natwest", "Ulster Bank" və "Santander"in müştəriləri smartfonlarına əlavəni yükləməklə ödəmə xidmətindən istifadə edə biləcəklər. Britaniyanin "TSB" Bankının müştəriləri də tezliklə "Android Pay" ödəniş sisteminə qoşula biləcəklər. Xidmətin bu günlərdə işə salınması gözlənilir.

Qeyd edək ki, "Google" şirkətinin "Android Pay" xidməti Böyük Britaniyada populyarlıq qazanıb. Ödəmə xidməti bu ilin yazında Böyük Britaniyada buraxılıb. Payızda ödəmə xidmətinin Yaponiyada işə salınması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.