DÜNYA
Böyük Britaniyada cıdır mərclərindən 10 faizlik vergi tutulur
Bakı, 12 may, AZƏRTAC
Avropa Komissiyası Britaniya hökumətinin ölkədə bukmeykerlərin cıdır yarışlarına qoyduqları vəsaitin 10 faizlik dərəcə üzrə vergiyə cəlb etməsini bəyəndiyini bildirib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, yığım pul mükafatları, atların vəziyyəti, baytarlıq, eləcə də iştirakçıların zehni və fiziki durumu da daxil olmaqla bir sıra sahələrə yönəldiləcək.
Cıdır üçün dəyişdirilmiş yığım dərəcəsi bu il aprelin 1-də elan olunub. Bukmeykerlərə bu, 500 min funt-sterlinqdən artıq gəlir əldə etmək üçün fürsət yaradır. Bundan əvvəlki sistem çərçivəsində Britaniya cıdırlarında iştirak edən offşor onlayn xidmətlər atçılıq idmanına haqq ödəmək üçün heç bir öhdəlik daşımırdılar.
Komissiyanın rəyində bildirilib ki, bu addımın atılması mərc məbləğləri qoyan operatorlar üçün bərabər imkanlar yaratmaqla yanaşı, yeni operatorları dəstəkləməklə rəqabətin inkişafına müsbət təsir göstərir.