DÜNYA


Böyük Britaniyada dəmiryolçular da tətillərə qoşulub

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-da Böyük Britaniya sakinləri və turistlər dəmiryolçuların tətili səbəbindən nəqliyyat problemləri ilə üzləşiblər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Cənub Dəmir Yolu” kompaniyasının tətili nəticəsində İngiltərənin cənubu ilə London arasında qatarların hərəkəti dayanıb. Dəmiryolçuların etiraz aksiyası Londondakı iş yerlərinə gedə bilməyən yüz minlərlə insana təsir edib. Tətillər yanvarın 11-də də davam edəcək.

Bir qədər əvvəl “British Airways” kompaniyasının bələdçilərinin tətili nəticəsində “Heathrow” hava limanında onlarla aviareys ləğv olunub. İkigünlük aksiyaya aviakompaniyanın bir neçə min əməkdaşı qoşulub.

Bundan öncə isə London metrosunun əməkdaşları tətil ediblər. Şəhərdə onlarla stansiya və metropolitenin bir çox xətti bağlanıb. Metro işçiləri əməkhaqlarının azaldılmasına və iş yerlərinin ixtisarına etiraz edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.