DÜNYA


Böyük Britaniyada minlərlə həbsxana işçisi tətil edir

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Böyük Britaniya həbsxanalarının minlərlə işçisi təhlükəsizlik və səhiyyə ilə bağlı problemlərə görə tətil edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tətil ölkə rəhbərliyi ilə danışıqlarda müsbət nəticə əldə edə bilməyən Həbsxana İşçiləri Assosiasiyasının göstərişi ilə həyata keçirilir.

Etirazlar ölkə həbsxanalarında baş verən ciddi insidentlərdən, o cümlədən qətl, qiyam və qaçışlardan sonra başlayıb. Assosiasiyanın baş katibi Stiv Hillanın sözlərinə görə, tətildə 10 minə yaxın insan iştirak edəcək.

Böyük Britaniyanın Ədliyyə Nazirliyi isə öz növbəsində tətili qanunsuz və əsassız adlandırıb. Belə ki, ölkə qanunlarına əsasən həbsxana işçiləri tətillərdə iştirak edə bilməzlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.