DÜNYA


Böyük Britaniyada növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Bakı, 10 iyun, AZƏRTAC

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bütün seçki dairələrində nəticələrin hesablanmasından sonra mühafizəkarlar 318 mandat, leyboristlər isə 262 mandat əldə ediblər. Şotlandiya Milli Partiyası 35, Liberal Demokrat Partiyası 12, Demokratik Birlik Partiyasının 10, Uels Partiyası 3 və “Yaşıllar” partiyası 1 yer qazanıblar.

Qeyd edək ki, Britaniyada əgər bir partiya səslərin yarıdan çoxunu qazanmırsa, o zaman koalisiya qurmaq zərurəti yaranır. Bu səbəbdən də Baş nazir Tereza Meyin təmsil etdiyi Mühafizəkarlar Partiyası seçkilərdə 10 mandat qazanan Demokratik Birlik Partiyası ilə koalisiya qurulacağını bildirib. Lakin bunun hansı formada həyata keçiriləcəyi hələlik məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.