SİYASƏT
Böyük Britaniyanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır
Bakı, 6 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.