SİYASƏT


Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə bağlı qəbul təşkil edilib VİDEO

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə əlaqədar qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Krofts ötən illər ərzində əlaqələrin artıq həyatın bütün sahələrini əhatə etdiyini bildirib. Səfir Azərbaycan ilə əlaqələrin yeni məcrada inkişafını tədqiq etmək üçün geniş potensialın olduğunu vurğulayıb. O, iki ölkə arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirərək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun geniş ticarət missiyası ilə Bakıya səfər etdiyini vurğulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Britaniya hökumətinin 25 il əvvəl Azərbaycanın müstəqilliyini tanımaqla bağlı qərarının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, bu addım diplomatik əlaqələr qurmaq və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanı verdi: “Bu müddət ərzində əlaqələri inkişaf etdirdik. İlk növbədə bu, neft və qaz sahəsində baş verdi. Ümid edirik ki, gələcək əməkdaşlığımız daha güclü və daha dərin, xalqlarımız üçün faydalı olacaq”.

Daha sonra çıxış edən Baronessa Nikolson Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan beşinci ölkə olduğunu söyləyib. Azərbaycan üzrə ticarət elçisi olmaqdan məmnunluğunu bildirən Baronessa Nikolson ölkəmizlə bir çox istiqamətlərdə əlaqələrin inkişafı üçün çalışdığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.