REGİONLAR


Böyük Britaniyanın “FeMusa” Kamera Orkestrinin Qəbələ festivalındakı çıxışı maraqla qarşılanıb VİDEO

Qəbələ, 1 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını Böyük Britaniyanın “FeMusa” Kamera Orkestri təqdim edib.

AZƏRTAC xəbər verir ki, orkestrin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

2008-ci ildə Böyük Britaniyanın istedadlı qadın musiqiçiləri tərəfindən təşkil olunan “FeMusa” müasir bəstəkarların əsərləri ilə çıxış edir. Orkestrin repertuarına ənənəvi Qərb musiqisi ilə yanaşı, nadir və az tanınan əsərlər daxildir.

Britaniyalı musiqiçilər Qəbələ festivalının səhnəsində bəstəkar A.Vivaldi, E.Elqar, P.Uarlok, P.Levis, E.Bloq, K.Cenkins, F.Əmirov və Q.Qarayevin əsərlərini səsləndiriblər. Tamaşaçılar orkestrin hər bir çıxışını hərarətlə alqışlayıblar.

Xatırladaq ki, IX Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir. Festival avqustun 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.