DÜNYA


Böyük Britaniyanın “Ithaca Energy” şirkəti neft hasilatını artırıb

Bakı, 15 may, Nihad Budaqov, AZƏRTAC

Böyük Britaniyanın “Ithaca Energy” şirkəti neft hasilatını artırıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Ithaca Energy”nin neft hasilatı bu ilin birinci rübündə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq gündəlik 9 min 337 barrel neft ekvivalenti olub. Şirkətin ötən ilin birinci rübündəki istehsalı isə sutkada 8 min 997 barrel neft ekvivalenti idi.

Şirkətin hasilat artımına ən çox Şimal dənizindəki “Pierce” və “Stella” yataqları töhfə verib. Şimal dənizində neft və qaz operatoru olan “Ithaca Energy” 2017-ci ildə orta istehsalının gündəlik 18-19 min barrel neft ekvivalenti olacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.