CƏMİYYƏT


Böyük Britaniyanın hərbi orkestri “Sarı gəlin” mahnısını ifa edib

Bakı, 13 iyun, AZƏRTAC

Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri Bakıya səfərə gəlib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iyunun 13-də “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilə birgə Fəvvarələr Meydanında konsert proqramı təşkil olunub.

Konsertdə Azərbaycan bəstəkarlarının klassik əsərləri, xarici estrada və caz musiqiləri səsləndirilib.

Konsert proqramı, xüsusilə “The Salamanca Band and Bugles of The Rifles” orkestrinin ifasında “Sarı gəlin” mahnısı şəhər sakinləri və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.