DÜNYA


Böyük Britaniyanın iri bankları “Brexit” səbəbindən 2017-ci ilin əvvəlində ölkəni tərk edə bilər

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın iri bankları “Brexit” səbəbindən 2017-ci ilin əvvəlində ölkəni tərk edə bilər.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, kiçik maliyyə təşkilatlarının ölkəni tərk etməsi isə cari ilin sonuna gözlənilir. Bu barədə Böyük Britaniyanın Bankirlər Assosiasiyasının rəhbəri Entoni Braun proqnoz verib.

“Birləşmiş Krallıq hazırda ictimai və siyasi debatları düzgün olmayan istiqamətdə aparır. “Brexit” yəqin ki, daha çox bankların işinə təsir edəcək, nəinki iqtisadiyyatın başqa sahələrinə”, - deyə E.Braun qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.