REGİONLAR
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə Sumqayıtda yad olunub
Sumqayıt, 15 iyul, AZƏRTAC
Sumqayıtdakı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində fəaliyyət göstərən M.Ə.Rəsulzadə adına kitabxananın filialında M.F.Axundzadənin 205 illik yubileyinə həsr olunmuş “Böyük mütəfəkkir” adlı oxucu konfransı keçirilib. Tədbirdə Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oxucu konfransı zamanı dahi mütəfəkkir haqqında elm adamlarının düşüncələrini əks etdirən məruzələr dinlənilib.
Oxucu konfransında Sumqayıt Dövlət Universitetinin tələbələri Kənan Qubadov və Fidan Musayeva Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı, ictimai xadim kimi fəaliyyətinə dair məruzə ilə çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb
- 08.05.2024 [20:40]
Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib
- 08.05.2024 [20:16]
Naxçıvanda Kitab festivalı keçirilir
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]