CƏMİYYƏT


Böyük pandaların nəsli kəsilmək qorxusu aradan qalxıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Beynəlxalq Təbiəti Mühafizə İttifaqı pandaların “nəsli kəsilməkdə olan növ” statusunu dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Dünya Vəhşi Təbiət Fondunun saytında yer alıb.

Təbiətin mühafizəsinə yönələn çoxillik iş nəticəsində böyük pandaların yoxa çıxmaq qorxusu aradan qalxıb. Pandalara “nəsli kəsilməkdə olan canlılar” statusu 1990-cı ildə verilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, Çində pandaların sayı 2004-cü ildə 1596 olub, lakin 2014-cü ildə onların sayı 1864- çatıb. Dünyada pandaların ümumi sayı 2060-a çatır.

Çin hökuməti onların qorunmasına böyük töhfə verib. Dünya Vəhşi Təbiət Fondunun baş direktoru Marko Lambertini deyib: “Panda populyasiyasının bərpası göstərir ki, elm, siyasi iradə və yerli əhali birgə fəaliyyət göstərəndə nəinki vəhşi təbiəti qorumaq, həm də bioloji müxtəlifliyi yaxşılaşdırmaq mümkündür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.