ELM VƏ TEXNOLOGİYA


Böyük şair Hüseyn Cavid yaradıcılığının təbliği ilə bağlı layihə reallaşdırılır

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə böyük şair və dramaturq Hüseyn Cavidin irsinə həsr olunmuş tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbir bu elm müəssisəsinin əməkdaşı Fəridə Əliyevanın rəhbəri olduğu “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” layihəsi çərçivəsində təşkil olunub. Layihənin məqsədi yeniyetmə və gənclər arasında böyük sənətkar Hüseyn Cavid ədəbi irsini təbliğ etmək, eyni zamanda, şairin aforizmlərinin toplanması, ingilis dilinə tərcümə olunması, nəşr etdirilməsidir.

Tədbirdə böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığı və müvafiq layihə çərçivəsində nəşr olunan “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında 9-11-ci sinif şagirdlərinə ətraflı məlumat verilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.