ELM VƏ TEXNOLOGİYA


Böyük və Kiçik Qafqaza, Kür-Araz ovalığı və Lənkəran-Talış zonasına ekspedisiyalar həyata keçirilib

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, "Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması" layihəsi əsasında təşkil olunan ekspedisiya AMEA-nın multidistiplinar elmi tədqiqat proqramları çərçivəsində həyata keçirilib. Layihə Azərbaycanın müxtəlif regionlarında ekogeokimyəvi landşaft şəraitinin yerli əhalinin sağlamlığına təsirinin, ayrı-ayrı landşaft tiplərində makro və mikro elementlərin və onların konsentrasiyasının miqrasiya qanunauyğunluğunun öyrənilməsinə həsr olunub. Layihə çərçivəsində artıq Böyük və Kiçik Qafqaza, Kür-Araz ovalığı və Lənkəran-Talış zonasına ekspedisiyalar həyata keçirilib.

Ekspedisiya zamanı Naxçıvanın landşaft-geokimyəvi, ekoloji xüsusiyyətlərini öyrənmək məqsədilə laboratoriya şəraitində spektral təhlil aparmaq üçün ümumilikdə 65 torpaq, bitki, su və süxur nümunələri götürülüb. Muxtar respublika ərazisində landşaft komponentləri üçün xarakterik olan və öz geokimyəvi xüsusiyyətləri ilə fərqlənən 20 sahə ayrılıb. Əhalinin məskunlaşdığı və ətraf məntəqələrdə ekolandşaft mühitin tədqiqinə xüsusi diqqət verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.