İQTİSADİYYAT


“Böyükşor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir VİDEO

Bakı, 16 noyabr, AZƏRTAC

Heydər Əliyev prospektinin “Böyükşor" yol qovşağından “Sabunçu" yol qovşağı istiqamətində, yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsi “Azəravtoyol” ASC tərəfindən yenilənir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu işlər 2016-2017-ci illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq görülür.

Yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burada istifadə olunan boruların diametri isə 400 millimetrdir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılaraq, borular qoyulur, hər 25-30 metrdən bir isə diametri 1,27 metr, dərinliyi isə 3,5 metr olan nəzarət quyuları qurulur.

İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.