CƏMİYYƏT


Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində yeni qurulmuş tipoqrafiyanın açılış mərasimi keçirilib

Bakı, 11 may, AZƏRTAC

Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində yeni qurulmuş tipoqrafiyanın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi iştirak edib. Səfir bildirib ki, Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı görmə imkanları məhdud şəxslər üçün nəşrlərin hazırlanması üçün Azərbaycanа 220 min dollar məbləğində müasir tələblərə və beynəlxalq standartlara cavab verən, yüksəkkeyfiyyətli poliqrafiya avadanlıqları bağışlayıb.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Küveytin ölkəmizdəki səfirliyin nümayəndələrinə minnətdarlığını bildirərək, qeyd edib ki, tipoqrafiyada 12 nəfər görmə imkanları məhdud şəxs çalışacaq və əldə olunan gəlir görmə imkanları məhdud şəxsləri dərslik və digər kitablarla təmin etməklə yanaşı, eyni zamanda onların məşğulluq problemlərini də həll edəcək. Tipoqrafiyada yalnız görmə imkanları məhdud şəxslər üçün deyil, o cümlədən, istənilən nəşrlərin hazırlanması mümkündür.

Mərasimdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.