RƏSMİ SƏNƏDLƏR


Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A+ A

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır