DÜNYA


Braziliya Prezidenti Mişel Temer korrupsiya işi üzrə şübhəli bilinir

Bakı, 19 may, AZƏRTAC

Braziliya Prezidenti Mişel Temer rəsmi olaraq korrupsiya işi üzrə şübhəli elan olunub. Ölkənin Ali Məhkəməsi mayın 18-də dövlət başçısına qarşı təhqiqata başlamaq qərarını təsdiqləyib. Bir müddət öncə Baş Prokurorluq ali instansiyaya müvafiq müraciət ünvanlamışdı.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, məhkəmə işinə prezidentin guya iki nüfuzlu biznesmenə parlamentin sabiq spikeri Eduardo Kunyaya rüşvət vermələri barədə təklifinin əks olunduğu audioyazı səbəb olub.

Prezident Mişel Temer isə öz növbəsində heç kimə rüşvətlə bağlı göstəriş vermədiyini və istefaya getməyəcəyini bildirib.

Eduardo Kunya 2015-ci ildə parlamentin spikeri olduğu zaman sabiq prezident Dilma Rusef barəsində impiçmentə dəstək vermişdi. Həmin dövrdə onun özünə qarşı korrupsiya ilə bağlı cinayət işi açılmışdı və Rusefin tərəfdarları Kunyanın buna görə prezidentdən qisas aldığını iddia edirdilər. Nəticədə sabiq spiker 15 il həbs cəzasına məhkum edilmiş, Rusef isə prezident postundan məhrum olmuşdu.

14ymedio xəbər portalının yaydığı xəbərə görə, Braziliyada minlərlə insan Mişel Temerin istefası və ümumi seçkilər keçirilməsi tələbi ilə küçələrə çıxıb. Aksiyalar ölkənin onlarla şəhərini əhatə edib. Ən miqyaslı nümayişlər Rio-de-Janeyroda, San-Pauluda və paytaxt Braziliada keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.