DÜNYA


Braziliya Senatı Dilma Rousseffin impiçmentini dəstəkləyib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Braziliyanın Federal Senatında (parlamentin yuxarı palatası) bir müddət əvvəl prezident vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Dilma Rousseffin impiçmenti ilə bağlı səsvermə keçirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, senatorlar 61 səs lehinə, 20 səs əleyhinə olmaqla Dilma Rousseffin impiçmentini dəstəkləyiblər. Beləliklə, Rousseff öz postunu tərk edəcək, ölkəyə rəhbərliyi isə növbəti prezident seçkilərinədək, yəni, 2018-ci ilin sonunadək vitse-prezident Mişel Temer həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.