CƏMİYYƏT
Braziliya alimləri ömür müddətini müəyyən edən çox sadə bir test düşünüblər
Bakı, 17 dekabr, AZƏRTAC
Braziliya alimləri insan ömrünün müddətini təxmini müəyyən edən elementar test düşünüb tapıblar. Hər bir insan öz evində bu sınaqdan keçə bilər. Sadəcə bardaş qurub bu vəziyyətdə oturmağa çalışmaq lazımdır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu proseduru on dəfə təkrar etmək lazımdır.
Bu vəziyyətdə yeddi dəfədən çox oturub-qalxa bilsəniz, deməli, sağlamlıq durumunuz yetərincə yüksək səviyyədədir. Bu hərəkətin öhdəsindən üç dəfə və daha az gələnlər isə risk zonasındadırlar və yaxın beş ildə ölə bilərlər. Əvvəllər bu testdən insanın çevikliyini müəyyən etmək üçün istifadə olunurdu. Braziliya alimlərinin fikrincə, əzələ gücünün göstəriciləri ilə oynaqların vəziyyəti bütövlükdə orqanizminin fəaliyyətindən xəbər verir. Buna görə də köhnə metodu yeni elmi dövriyyəyə tətbiq ediblər.