DÜNYA


Braziliya: həbsxanada qiyam zamanı azı 50 nəfər ölüb

Bakı, 2 yanvar, AZƏRTAC

Braziliyanın Manaus şəhərindəki həbsxanada baş verən qiyamın gedişində azı 50 məhbus ölüb.

AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, insidentə bir-biri ilə rəqabət aparan bandalar arasında dava-dalaş səbəb olub. Hakimiyyət orqanları insidentin miqyasını dəqiqləşdirməyə çalışırlar və qurbanların sayının artacağı istisna edilmir.

Yerli telekanallar, həmçinin xeyli sayda məhbusun qiyam zamanı yaranmış qarışıqlıqdan istifadə edərək həbsxanadan qaçdığı barədə xəbər yayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.