DÜNYA


Braziliya həbsxanasından azı 91 məhbus qaçıb

Bakı, 25 may, AZƏRTAC

Braziliyanın şimal-şərqindəki Riu-Qrandi-du-Norti ştatında yerləşən “Parnamirim” regional penitensiar müəssisəsindən azı 91 məhbus qaçıb. Bu barədə məlumatı UOL informasiya internet-portalı yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, portalın məlumatına görə, söhbət ştatın tarixində ən miqyaslı qaçışdan gedir. İndiyədək yalnız 9 nəfəri tutmaq və həbsxanaya qaytarmaq mümkün olub. Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, qaçış həbsxana divarının altında qazılmış 30 metr uzunluğunda tunel vasitəsilə təşkil olunub.

“Parnamirim” regional penitensiar müəssisəsinin 436 məhkum üçün hesablandığı, lakin hadisə baş verən vaxt orada 589 nəfərin saxlandığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.