DÜNYA


Braziliya idmançıları qarşılamağı Azərbaycandan öyrənə bilərdi

A+ A

Berlin, 25 iyul, AZƏRTAC

Avstraliya yığması açılışı iyulun 24-də Rio-de-Janeyroda olan “Vila dos Atletes”də (Atletlər kəndi) məskunlaşmaqdan imtina edib. Avstraliya nümayəndə heyətinin başçısı Kitti Çiller kanalizasiya sistemində problemlərin olduğunu, boruların axdığını, pilləkən hissəsinin işıqlandırılmadığını və bir çox digər qüsurları aşkar edib. Onun fikrincə, Rio-de-Janeyrodakı Atletlər kəndi təhlükəlidir və müsafirləri qəbul etməyə hazır deyil.

K.Çiller deyib: “Xüsusən qaz, elektrik enerjisi və istilik verilməsi ilə bağlı problemlərin çox olduğunu nəzərə alaraq qərara aldım ki, hələlik Avstraliya komandasının heç bir üzvü bizə verilmiş bu mənzillərə köçməyəcək”.

Braziliya KİV-ləri xəbər verir ki, Yeni Zelandiya və Böyük Britaniya nümayəndə heyətləri də oxşar şikayətlərlə müraciət ediblər.

Bu gün Almaniya yığmasının ilk nümayəndələri – kanoedə avarçəkənlər və suya tullananlar “Vila dos Atletes”də məskunlaşmalıdırlar.

Xatırladaq ki, bir il əvvəl Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçirilib. Bu Oyunların, demək olar, bütün iştirakçıları Atletlər kəndində yaradılan şəraitdən çox razı qalıblar. Bir çox Avropa KİV-ləri Bakıda yaradılan gözəl şəraitdən ağızdolusu yazıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.