DÜNYA


Braziliya prezidentinin impiçmenti ilə bağlı parlamentə müraciət edilib

Bakı, 18 may, AZƏRTAC

Braziliyalı deputat Alessandru Molon parlament rəhbərinə ölkə prezidenti Mişel Temerin impiçmenti ilə bağlı rəsmi sorğu göndərib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, sorğu prezidentin Globo portalında yayılan səs yazısı ilə bağlıdır. Prezident Temerin səsi olduğu iddia edilən yazıda o, deputatlar palatasının sabiq rəhbəri Eduard Kunyeyə “Petrobras” neft şirkəti ətrafındakı korrupsiya qalmaqalı işi üzrə susması üçün 630 min dollar verilməsi tapşırığı verir.

Əgər deputatın sorğusu qəbul edilərsə, dövlət rəhbəri postunu 90 gün müddətinə parlamentin deputatlar palatasının sədri icra edəcək, sonra isə prezident seçkiləri keçiriləcək. Seçkilər isə ümumxalq deyil, parlament deputatlarının səsverməsi ilə baş tutmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.