DÜNYA
Braziliya senatının Dilma Russeffin iştirakı ilə keçirilən iclası 14 saatdan çox çəkib
Bakı, 30 avqust, AZƏRTAC
Braziliya Federal Senatının (parlamentin yuxarı palatası) müvəqqəti olaraq prezident vəzifəsindən kənarlaşdırılan Dilma Russeffin iştirakı ilə keçirilən iclası 14 saatdan çox davam edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu müddət ərzində Russeff impiçment prosesi çərçivəsində yarım saatlıq özünümüdafiə nitq ilə çıxış edib və ümumilikdə 50-dən çox sualı cavablandırıb.
İmpiçmentə dair yekun səsvermənin avqustun 30-dan 31-ə keçən gecə baş tutacağı və 17 saata yaxın davam edəcəyi gözlənilir. İmpiçment təşəbbüsü senatorların üçdə ikisi tərəfindən (54 səs) dəstəklənsə, Dilma Russeff istefaya gedəcək və prezident postunu Mişel Temer tutacaq.
Müxalifət Russeffi ikinci mandatının ilk aylarında yol verdiyi maliyyə pozuntularında ittiham edir. İttihama görə o, parlamentlə müzakirə aparmadan dövlət vəsaitinin ayrılması üçün bir neçə qərar imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]