DÜNYA


Braziliya vergiləri artırmağı planlaşdırır

Bakı, 4 avqust, AZƏRTAC

Braziliyanın iqtisadi artımının ləngiməsi şəraitində qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə benzinin qiyməti qaldırılacaq. Bu barədə ölkənin hökumət mənbələrindən açıqlama verilib.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, hökumətin bir sıra mallara və xidmətlərə tətbiq edilən ƏDV-nin dərəcəsini, eləcə də yanacaq idxalına vergini artırması da gözlənilir.

Ekspertlərin rəyinə görə, ölkənin Maliyyə Nazirliyi bu addımları atmaqla dövlət büdcəsinə əlavə 3,2 milyard ABŞ dolları vəsait cəlb etməyi planlaşdırır.

Maliyyə naziri Enrike Meyrelyeşin sözlərinə görə, məşğulluq göstəricilərinin yaxşılaşması fonunda iyun ayında vergi daxilolmalarında artım müşahidə edilib. Əgər iqtisadi artım sürətlənməzsə, hökumət yaxın vaxtlarda bir sıra vergilərin artırılmasını istisna etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.