DÜNYA


Braziliyada cinayətkarlar 17 avtobus və 5 məktəb yandırıblar

A+ A

Bakı, 2 oktyabr, AZƏRTAC

Braziliyada mütəşəkkil cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında 17 avtobus və səsvermə məntəqələrinin fəaliyyət göstərdiyi 5 məktəbi yandırıblar.

Yerli həbsxanalardan birinin məhbusları tərəfindən koordinasiya olunması ehtimal edilən hücumlarda şübhəli bilinən 30 nəfər saxlanılıb, onlardan 16-sı yetkinlik yaşına çatmayan şəxslərdir. Cinayətkarların qarışıqlıq yaratmaqda məqsədlərinin seçkilərin keçirilməsinə əngəl yaratmaq olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.