DÜNYA


Braziliyada daha bir təyyarə qəzaya uğrayıb

Bakı, 8 dekabr, AZƏRTAC

Braziliyanın Amazonas ştatında “Embraer 721D” tipli təyyarə qəzaya uğrayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 5 nəfər ölüb. Ölənlərdən biri uşaqdır.

Manaus-Novo-Aripuana marşrutu ilə uçan təyyarə havaya qalxdıqdan bir qədər sonra meşəyə düşüb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.