DÜNYA


Braziliyada dini mərasim keçirilən mağaranın uçması nəticəsində azı 10 nəfər həlak olub

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Braziliyada ənənəvi dini mərasimin keçirildiyi mağaranın uçması nəticəsində azı 10 nəfər həlak olub. Hadisə baş verən zaman mağarada 50 nəfər olub. Xilasedicilər ölənlərin sayının arta biləcəyini qeyd ediblər.

Kaza-da-Pedra mağarası “Bütün müqəddəslərin günü”nü qeyd edən xristianların ənənəvi ibadət yeridir. Dini mərasim əsasən mağaranın girişində keçirilsə də, insanların çoxu dua etmək və şam yandırmaq üçün içəri daxil olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.