DÜNYA


Braziliyada sarı qızdırma xəstəliyindən 38 nəfər ölüb

Bakı, 15 yanvar, AZƏRTAC

Braziliyada 38 nəfərin sarı qızdırma xəstəliyindən ölməsi səbəbindən Minas-Jerays ştatında 180 günlük fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Fernando Pimentel məlumat verib.

Səhiyyə Nazirliyi sarı qızdırma xəstəliyinə tutulduğu ehtimal olunan 133 nəfər qeydə alındığını bildirib.

Qeyd edək ki, sarı qızdırma ağır keçən xəstəlik olub, insanlarda 30-60 faiz hallarda ölümlə nəticələnir. Virus ağcaqanad vasitəsilə yayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.