DÜNYA


Braziliyada təyyarə qəzasında 7 nəfər həlak olub

A+ A

Bakı, 20 mart, AZƏRTAC

Braziliyada təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin cənub-şərqindəki San-Paulu şəhərində kiçik motorlu təyyarə üçmərtəbəli evin qarajına çırpılıb. Qəzanın pilotun idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.

İlkin məlumata görə, təyyarə Braziliyanın tanınmış iş adamı Rocer Aqnelliyə məxsus olub. Təyyarədə iş adamı, onun arvadı, oğlu və qızı həyat yoldaşları ilə birgə olublar. Onların hamısı və pilot qəza nəticəsində həyatlarını itiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.