İDMAN


Braziliyalı Ronaldo Madridin “Real” klubuna qayıdıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Məşhur braziliyalı hücumçu Ronaldo Luis Nazario keçmiş komandasına - Madridin “Real” klubuna qayıdıb.

AZƏRTAC Marca.com saytına istinadla xəbər verir ki, Ronaldo “Real” klubunda prezident Florentino Perezin məsləhətçisi təyin olunub.

Xatırladaq ki, Ronaldo Luis Nazario “Real” komandasına 2002-ci ildə İtaliyanın “İnter” klubundan transfer olunmuşdu. Bu klubda 5 mövsüm keçirən hücumçu ümumilikdə La-liqada çıxış etdiyi 177 oyunda rəqib qapılarından 104 top keçirib.

Fenomen ləqəbli forvard mütəxəssislər tərəfindən futbol tarixinin ən güclü oyunçularından biri hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.