SİYASƏT


Braziliyalı məktəblilər Azərbaycanı tanıyırlar

A+ A

Bakı, 24 mart, AZƏRTAC

“Qapıları Açıq Səfirliklər” layihəsi çərçivəsində 50 braziliyalı məktəbli Azərbaycanın Braziliyadakı səfirliyində olub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Elnur Sultanov məktəblilərə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə geniş məlumat verib. O, Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əlaqələrdən danışıb, bu il martın 15-də Rio de Janeyro şəhərində Azərbaycanın adını daşıyan məktəbin açıldığını qeyd edib. Bununla yanaşı, səfir Novruz bayramı və Novruz adətlərindən də söz açıb. Diplomat, həmçinin tədbir iştirakçılarının ölkəmiz haqqında müxtəlif suallarını cavablandırıb.

Sonda braziliyalı məktəblilərə Azərbaycanın milli yeməkləri və şirniyyatları təqdim olunub.

Qeyd edək ki, “Qapıları Açıq Səfirliklər” layihəsi Brazilia Federal Dairəsinin hökuməti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində braziliyalı məktəblilər Brazilia şəhərində yerləşən səfirliklərə gedərək, müxtəlif ölkələr haqqında məlumat əldə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.