Braziliyalı yarımmüdafiəçi futbol karyerasını Azərbaycanda davam etdirəcək
Bakı, 5 yanvar, AZƏRTAC
Keçən il mövsümü Qazaxıstanın “Aktobe” heyətində başlamış braziliyalı yarımmüdafiəçi Vitor Junior (6 matç - Qazaxıstan Premyer Liqasının turniri çərçivəsində 1 qol) futbol karyerasını Azərbaycanda davam etdirəcək.
AZƏRTAC rəsmi KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı idmançı “Aktobe” komandasından ayrılandan sonra Braziliyanın ABC futbol klubunda çıxış edib.
Vitor Junior 2017/2018-ci illər mövsümünün ikinci yarısında Azərbaycanın “Neftçi” klubunda oynayacaq.