SİYASƏT
Braziliyanın “Globo” televiziya kanalında Azərbaycan haqqında reportaj yayımlanmışdır VİDEO
Bakı, 17 aprel (AZƏRTAC). Braziliyanın “Globo” televiziya kanalında Azərbaycan haqqında reportaj yayımlanmışdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reportajda Azərbaycan neft-qaz sənayesinin beşiyi kimi təqdim olunmuş və bu sahənin tarixi barədə məlumat verilmişdir.
Həmçinin Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət, eləcə də ölkəmizin enerji siyasəti, Avropanın enerji təhlükəsizliyinin təminində əhəmiyyətli rolu qeyd olunmuşdur.
Bundan başqa, Azərbaycanın, xüsusən də Bakının müasir inkişafı və əzəmətli arxitekturası haqda söhbət açılmışdır.