RƏSMİ SƏNƏDLƏR


“Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında”
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı

A+ A

Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə, 

1.XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1.birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.2.ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

1.3.üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev 

Azərbaycan Respublikası Milli Olimpiya

Komitəsinin Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır