DÜNYA


Braziliyanın sabiq prezidentinə qarşı korrupsiya ittihamı irəli sürüləcək

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Braziliyanın sabiq prezidenti Lula da Silva məhkəmə qarşısına çıxacaq. O, korrupsiyada ittiham edilir.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, istintaqın versiyasına görə, sabiq prezident 1 milyon dollar məbləğində rüşvət alıb. Bu pullar “Petrobras” dövlət neft şirkətində baş verən fırıldağın gedişində ona çatıb.

Bir qədər əvvəl prokurorluq bəyan edib ki, Lula da Silva dələduzluq sxeminin başında durur. Cinayətkar şəbəkənin fəaliyyəti nəticəsində müəssisəyə təxminən 12 milyard dollar həcmində zərər dəyib.

Lula da Silva isə ittihamları uydurma adlandırıb. O, korrupsiyada ittiham olunan digər sabiq prezident - özünün siyasi havadarı, bu yaxınlarda impiçment nəticəsində vəzifədən uzaqlaşdırılan Dilma Russeffin ardından müttəhimlər kürsüsünə çıxarılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.