İQTİSADİYYAT
“Brent” markalı neft hazırda bu ayın ən baha qiymətinə satılır
Bakı, 7 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Qlobal neft təchizatının azalacağına dair proqnozlara baxmayaraq “Brent” markalı neftin bir barrelinin qiyməti bu gün 52,92 dollar olmaqla sentyabrın 1-dən indiyədək ən baha qiymətə satılıb.
AZƏRTAC xəbər verir ki, analitiklər “Brent”in qiymətinin bahalaşmasına Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarının təsir etdiyini bildirirlər. Neft bazarında xüsusilə son iki gündə alışların artdığına diqqəti çəkən analitiklər “Brent” neftinin barrel qiymətinin 52,6 dollar səviyyəsində qalacağını, hətta 55 dollara qədər bahalaşmasının gündəmə gələcəyini qeyd edirlər.
Qərbi Texas növü xam neft - “Layt”ın bir barelinin qiyməti isə dünən 49 dollar sərhədini keçmiş və bu gün də 49,70 dollar səviyyəsinə çataraq iyulun 22-dən bu vaxtadək ən baha qiymətə satılıb. Analitiklər “Layt”ın qiymətinin artacağı təqdirdə 50,2 dollara çatacağını, ucuzlaşdıqda isə 46,5 dollar səviyyəsində qalacağını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]