İQTİSADİYYAT


“Brent” nefti 57 dollar/barreldən baha satılır

Bakı, 6 yanvar, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 57 dolları ötüb.

AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin bir barreli hazırda Londonun ICE birjasında 57,30 dollara, “Layt” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 54,20 dollara satılır.

Qeyd edək ki, neftin qiyməti ardıcıl dörd həftədir ki, bahalaşır. Həftə ərzində “Brent” markalı neftin barrel qiyməti 1 faiz, “Layt” markalı neft isə 0,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.