İQTİSADİYYAT


“Brent” neftinin bir barrelinin qiyməti 51 dolları ötüb

A+ A

Bakı, 30 noyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı neftin bir barrelinin qiyməti 7 faiz bahalaşaraq 51 dolları ötüb. Bu, “Brent”in son bir aydakı maksimum qiymətidir.

AZƏRTAC xəbər verir ki, hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 48,60 dollara, “Brent” neftin bir barreli isə Londonun ICE birjasında 51,14 dollara satılır.

Neftin qiymətinin bahalaşmasına səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bugünkü iclasından çıxacaq qərarlara dair nikbin proqnozlardır.

Analitiklər OPEC-in bugünkü nazirlər səviyyəsində keçirilən iclasında qəbul ediləcək qərarlara dair xəbər və açıqlamaların neftin qiymətinin müəyyənləşdirilməsi üçün bir istiqamət olacaq. İclasda istehsalın azaldılması ilə bağlı qəbul ediləcək qərarın neftin barrel qiymətinin yaxın müddətdə 60 dollar səviyyələrinə qalxmasına səbəb olacağını deyən analitiklər hesab edirlər ki, imzalanacaq saziş gözləntiləri doğrultmasa, qiymətlərdə kəskin azalmalar baş verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.