İQTİSADİYYAT


“Brent” neftinin qiyməti 47 dollar/barrel sərhədinə yaxınlaşır

A+ A

Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı neftin bir barrelinin qiyməti 47 dollara qədər yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Brent” Donald Trampın ABŞ prezidenti seçilməsi ilə ötən gün 44,38 dollar/barrelədək ucuzlaşaraq avqustun 11-dən bu vaxtadək ən aşağı səviyyəyə geriləyib. “Brent”in qiyməti ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanan xam neft ehtiyatlarının 2,4 milyon barrel artaraq proqnozlardan çox reallaşması ilə bahalaşmağa başlayaraq 47 dollara qədər yüksəlib.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 46,82 dollara satılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.