İQTİSADİYYAT


“Brent” neftinin qiyməti 48 dolları ötüb

Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı neftin bir barelinin qiyməti yenidən 48 dolları ötüb.

AZƏRTAC xəbər verir ki, hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 47,15 dollara, “Brent” neftin bir barreli isə Londonun ICE birjasında 48,30 dollara satılır.

Analitiklər neftin qiymətinin bahalaşmasına səbəb kimi qlobal bazarlardakı, eləcə də Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri üzrə hasilatın nə qədər azaldılacağı barədəki qeyri-müəyyənliyi göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.