İQTİSADİYYAT


“Brent”in 2017-2018-ci illər üzrə orta qiyməti müvafiq olaraq 55 və 57 dollar/barrel olacaq

Bakı, 8 fevral, Nihad Budaqov, AZƏRTAC 

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) “Brent” markalı xam neftin bir barrelinin 2017 və 2018-ci illər üzrə orta qiymətinin müvafiq olaraq 55 və 57 dollar olacağını proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, EIA qeyd edilən illərdə “Layt” markalı xam neftin orta qiymətinin isə 54 və 56 dollar/barrel olacağını nəzərdə tutur.

ABŞ-ın neft hasilatının 2016-cı ildə gündəlik orta hesabla 8,9 milyon barrel səviyyəsində reallaşdığını qeyd edən EIA istehsalın 2017-ci ildə 9 milyon barrel/gün, 2018-ci ildə 9,5 milyon barrel/gün olacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.